Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugünki mövzu sosial mavinət alanların sayı ilə bağlıdır.
Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 216 nəfər qəyyumuna, müxtəlif kateqoriyalı şəxslərin 6,8 min ailəsinə 10,8 min uşaq üçün, beşdən çox uşağı olan 2,4 min qadına 9,5 min uşaq üçün aylıq müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 319 şəxsə isə kompensasiya verilib.
Bəs, yaşa görə sosial müavinət alanların sayı nə qədərdir?
Komitədən bildirilib ki, 2022-ci ildə müavinət alanların sayı 113,6 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 100,2 min) nəfər olub.
18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə - 150,3 min (müvafiq olaraq 182,5 min) nəfər, ailə başçısını itirməyə görə - 54,3 min (49,2 min) nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşınadək uşaqların sayı 55,8 min (52,7 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 22,9 min (27,2 min) nəfər olub.