Azərbaycanda koronavirusa yoluxma və ölümlə bağlı  SON STATİSTİKA
27 mart 2022 18:37 (UTC +04:00)

Azərbaycanda koronavirusa yoluxma və ölümlə bağlı SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 55 yeni yoluxma faktı qeydə alınıb, 100 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 791 750 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 741 nəfər müalicə olunaraq sağalıb, 9 681 nəfər vəfat edib, aktiv xəstə sayı 328 nəfərdir.

Ölkədə son sutka ərzində 3 313, hazırkı dövrədək isə 6 685 296 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3246
avatar

Oxşar yazılar