Azərbaycanda ilk dəfə:  Covid-19 qurbanlarına həsr edilən rəqs-etüd-VİDEO
10 fevral 2021 15:37 (UTC +04:00)

Azərbaycanda ilk dəfə: Covid-19 qurbanlarına həsr edilən rəqs-etüd-VİDEO

Azərbaycanın ixtisaslaşmış ilk onlayn səhiyyə kanalı Medical Media daha bir yeniliyə imza atıb. Şirkət elm və incəsənət tarximizdə ilk dəfə elmi-tibbi məqaləyə rəqs quruluşu verib. İntellektual məhsulu sənət diliylə təqdim edən layihə koronavirus qurbanlarının xatirəsinə həsr olunub.

“Son hədd” adlı etüd dünya şöhrətli “SCİENCE” jurnalının hər il keçirdiyi beynəlxalq rəqs festivalı üçün hazırlanıb və artıq müsabiqədə iştirakı təsdiq edilib. “COVID-19 pnevmoniyası: diaqnostikasında və menecmentində radioloqun rolu” adlı məqalənin müəllifi Azərbaycan Tibb Universiteti, Şüa diaqnostikası və şüa terapiyası kafedrasının müdiri, tibb elmləri doktoru Məlahət Sultanovadır.

İsfar Sarabskinin (piano) və Şəhriyar İmanovun (tar) ecazkar ifasında səslənən musiqinin sədaları altında baş verən hadisələr bədii dildə pandemiyanın həyatımıza gətirdiyi çətinlikləri, insanla virusun amansız mübarizəsini və həkimlərimizin sağlamlıq üçün güzəştsiz ölüm-qalım savaşını ifadə edir.

Rəqs etüdün hazırlanması ideyası oftalmoloq Leyda Kazımovaya məxsusdur. Etüddə rolları aktrisalar Gülər Nəbiyeva, Aygün Fətullayeva, İnci Həşimova və tibb elmləri doktoru Məlahət Sultanova ifa edib. Kompozisiyanın quruluşçu rejissoru Sədi Məmmədovdur. Rəqsi Boris Şukin adına Teatr İnstitutunun məzunu, rejissor Vüsal Mehrəliyev qurub. Rəqs-etüdün baş prodüseri Medical Media kanalının təsisçisi Azər Xudiyevdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2316
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar