Azərbaycanda hər gün 30-40 zəlzələ olur -  RƏSMİ
30 mart 2021 12:01 (UTC +04:00)

Azərbaycanda hər gün 30-40 zəlzələ olur - RƏSMİ

“Elə gün olmur ki, Azərbaycanda 30-40 yeraltı təkan qeydə alınmasın”.

APA-nın məlumatına görə, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli “Elm günü” ilə bağlı keçirilən tədbirdə deyib. 

O bildirib ki, onlardan bir neçəsi 3 bala kimi hiss olunub: “3 ayda seysmiklik fon səviyyəsində olub. Xırda təkanlar hər gün var. Orta hesabla bir gün 30 yeraltı təkan qeydə alınırsa, 3 ayda 2500-3000 təkan olub. Maqnitudası 3-dən yuxarı olanlar isə az olur, təxminən sayı 10-15 arasıdır”. 

O bildirib ki, digər yaxın ölkələrdə baş verən zəlzələlərin Azərbaycandakı zəlzələ ocaqlarına təsiri ola bilməz: “İşğaldan azad olunmuş ərazilərdə seysmik stansiyaların quraşdırılması ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etmişik. Cavab veriblər ki, ərazilər minalardan təmizləndikdən sonra bu işlərə başlayacağıq. Yəqin bir neçə aydan sonra yenidən müraciət edəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3480
avatar

Oxşar yazılar