Zərdabda mağaza qarşısında qalmaqal
17 sentyabr 2021 17:50 (UTC +04:00)

Zərdabda mağaza qarşısında qalmaqal

Azərbaycanda görünməmiş ÖZBAŞINALIQ: Mağaza açmaq üçün 150 min istədilər - VİDEO

Zərdabda mebel mağazası açan vətəndaş problemlə üzləşib.

Bu barədə Lent.az-a vətəndaş Rəhim Vaqif oğlu Məmmədov özü məlumat verib. O bildirib ki, bu il mayın 10-da Zərdab şəhəri ərazisində mebel mağazası açıb. Ancaq həmyerlisi Güləhməd Məhəmməd oğlu Rüstəmov tez-tez həmin obyektə gələrək onu hədələyir. Şikayətçinin sözlərinə görə, adıçəkilən şəxs mağazanı işlətməsi qarşılığında ondan 100 min manat pul tələb edir.

R.Məmmədov qeyd edib ki, G.Rüstəmov onun köhnə şərikidir: “2009-cu ildən 2021-ci ilin aprel ayına qədər Güləhmədlə şərik işləmişik. Apreldə Güləhməd dedi ki, artıq mən qardaşımla şərikli obyekt işlədirəm və səndən ayrılıram. Həmin vaxt onun mənə 80 min manat borcu var idi. Borcumu istəyəndə, bir müddət sonra yığıb verəcəyini dedi. Avqustun 28-dək arabir gəlib narahat edirdi. O vaxtdan bəri hər gün mağazaya gəlir. Özünün də mağazası var. Deyir ki, sənin obyektin yaxşı işləyir, mənimki yox. Ya hər 21-ci müştərini göndər mənə, ya 100 min manat ver, ya da mağazanı işlətmə. Gəlib hər gün mağazanın qapısına qıfıl vurur, malları içəri yığıb gedir”.

Şikayətçi onu da bildirib ki, G.Rüstəmov Rusiyada yaşayıb.

O, başına gələnlərlə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və nazir Vilayət Eyvazova müraciət edib. Buna görə isə G.Rüstəmov ona qoyduğu 100 min manat "tavan"ı 150 minə qaldırıb.

Məsələ ilə bağlı DİN mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı Zərdab rayon Polis Şöbəsinə məlumat daxil olub. Araşdırma aparılır.

Zərdab sakinini mebel mağazası işlətməyə imkan vermirlər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8655
avatar

Mehman Nəbiyev

Oxşar yazılar