Azərbaycanda 500-dən çox uşaq COVID-19 əleyhinə peyvəndlənib -  RƏSMİ
28 dekabr 2021 17:41 (UTC +04:00)

Azərbaycanda 500-dən çox uşaq COVID-19 əleyhinə peyvəndlənib - RƏSMİ

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvəndlənən uşaqların sayı açıqlanıb.

Lent.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev deyib ki, bu günə qədər 538 uşaq vaksin olunub.

O qeyd edib ki, uşaqlara “Pfizer” peyvəndi vurulub.

# 1629
avatar

Oxşar yazılar