Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 2024-cü il ərzində 49508 nikaha daxilolma və 21384 boşanma halları qeydə alınıb, 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb.
Lent.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.