Avtobusun şüşəsini sındıran gənci hansı cəza gözləyir? - ŞƏRH
09 iyun 2021 13:30 (UTC +04:00)

Avtobusun şüşəsini sındıran gənci hansı cəza gözləyir? - ŞƏRH

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugünki mövzusu son vaxtlar artan xuliqanlıq hadisələri ilə bağlıdır.

Belə ki, son günlər xüsusən, paytaxt Bakıda xırda xuliqanlıq, xırda oğurluq hallarının sayı kəskin artıb. Blə xuliqanlıq əməllərindən biri məhz bu gün baş verib. Sosial mediada bir gəncin marşrut avtobusunun ön şüşəsinin sındırmasını əks etdirən görüntülər yayılıb. Sosial şəbəkə istifadəçiləri görüntülərə sərt təpki verərək müxtəlif fikirlər bildiriblər. Bəs görəsən baş verən bu kimi halların cəzası nədir? Qanunvericilikdə belə əməllərə görə hansı müddəalar nəzərdə tutulub?

Rubrikamızın sualına “Norma” hüquq mərkəzinin rəhbəri, hüquqşünas Şamil Paşayev şərh edib. O bildirib ki, belə əməllərə talama, xırda xuliqanlıq və s. aiddir. Onun sözlərinə görə, bu barədə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində inzibati tənbeh və ya sutkalıq həbs nəzərdə tutulub:

“Norma” hüquq mərkəzinin rəhbəri, hüquqşünas Şamil Paşayev

“Avtomobilin şüşəsini sındırmaq və ya dəyəri az olan oğurluq xırda xuliqanlıq yox, talama hesab olunur. Buna görə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, cərimə və ya inzibati həbs tətbiq edilə bilər. Ancaq şəxsin vətəndaşlara hücum etməsi, ictimai asayişi pozması xırda xuliqanlıq kimi qəbul olunur. Bu kimi əməllərin qarşısını almaq üçün ictimai iaşə obyektlərinin kameralarından və təhlükəsiz şəhər kameralarından istifadə etmək lazımdır. Polis əməkdaşlarının ictimai iaşə obyektlərinin kameralarına girişi və baxması üçün sahibkarlar kömək etməlidir. Xüsusən təhlükəsiz şəhər kameralarından istifadə gücləndirilməlidir. Gecələr polis tərəfindən reydlər keçirilməli, şikayətlər operativ olaraq araşdırılmalıdır. Bunun sayəsində vətəndaşların əmlakına ziyan vurma, xırda talama və s. kimi əməllərin qarşısını almaq olar. Həmçinin vətəndaşlar da bu işlərdə hüquq-mühafizə orqanlarına dəstək olmalıdır. Azərbaycanda bəzən insanlar gördükləri cinayət və ya inzibati xətalara “nəyimə lazımdır?” düşüncəsi ilə biganə yanaşaraq, polisə şikayət etmək istəmirlər. Amma hər bir şəxsin insanları cinayət fikrindən daşındırmaq, bu kimi əməllərin qarşısını almaq hüququ var”.

Sərnişin avtobusun şüşəsini sındırdı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3645
avatar

Mehman Nəbiyev

Oxşar yazılar