APA Jurnalist Məktəbi növbəti təlimlərə qəbul elan edir
16 aprel 2025 15:10 (UTC +04:00)

APA Jurnalist Məktəbi növbəti təlimlərə qəbul elan edir

Lent.az xəbər verir ki,APA Jurnalist Məktəbi növbəti təlim kursu üçün iştirakçı qəbulu elan edir.

3 ay davam edəcək təlimlərə qeydiyyat bu gündən başlayır. Qeydiyyat aprelin 22-si saat 18:00-dək davam edəcək və ödənişsizdir.

Təlimlər həftədə 3 dəfə müəyyən olunmuş proqram üzrə aparılacaq.

APA Jurnalist Məktəbində daimi təlimçilərlə yanaşı, hər həftə tanınmış jurnalistlər, blogerlər, yeni media mütəxəssisləri öz təcrübələrini təlim iştirakçıları ilə bölüşəcəklər.

Qeyd edək ki, APA Media Group Azərbaycanda online medianın ilk nümunələrini yaradan şirkətlərdəndir. Azərbaycanın onlarla tanınmış jurnalisti ilk fəaliyyətinə məhz bu şirkətdə başlayıb, yüzlərlə jurnalist bu günə qədər APA Media Groupda fəaliyyət göstərib. Hazırda şirkətdə gənclərlə yanaşı, onlarla təcrübəli jurnalist və media mütəxəssisi çalışır.

Təlim iştirakçılarına APA Media Groupda təcrübə keçmək, yüksək nəticə göstərənlərə işlə təmin olunmaq imkanı da yaradılacaq.

CV-lərinizi aşağıdakı mail ünvanına və vatsap nömrəsinə göndərə bilərsiniz:

[email protected] 070 712 72 73

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1136

Oxşar yazılar

SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50
İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul  veriləcək

İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul veriləcək

21 aprel 2025 , 16:45
Sabah  intensiv yağış yağacaq   - PROQNOZ

Sabah intensiv yağış yağacaq - PROQNOZ

21 aprel 2025 , 13:04