Ana və sevgilisinin əziyyət verdiyi uşaq NƏZARƏTƏ GÖTÜRÜLDÜ
17 iyul 2021 15:15 (UTC +04:00)

Ana və sevgilisinin əziyyət verdiyi uşaq NƏZARƏTƏ GÖTÜRÜLDÜ

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sevgilisi ilə birlikdə uşağını döyərək, əziyyət verən şəxslərlə bağlı məsələni nəzarətə götürüb.

Bu barədə Lent.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat verib.

.O bildirib ki, artıq bununla bağlı aidiyyəti qurumlara müraciət ünvanlanıb:

“Araşdırmamız bitdikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov

Qeyd edək ki, bu barədə məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə yayıb. O bildirib ki, nənə uşağa bunu edənin qızı Səadət  ilə sevgilisi Kamran adlı şərəfsizin olduğunu iddia edir:

“Uşağın bədənindəki siqaret izləri, gematomalar, dilinin qoparılması, gematomalardan toxumaların çürüməsi ağır işgəncələrdən xəbər verir. Uşaq da bildirir ki, anasının yanında sevgilisi Kamran onu döyüb və dilini dişləyib".

Kəmalə Ağazadə əlavə edib ki, Səadət və Kamran psixotrop maddə olan "patı"dan istifadə edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3186
avatar

Nigar Adil

Oxşar yazılar