Alıcıların DİQQƏTİNƏ!   Bu halda mağazadan əlavə pul ala bilərsiniz
03 fevral 2023 18:51 (UTC +04:00)

Alıcıların DİQQƏTİNƏ! Bu halda mağazadan əlavə pul ala bilərsiniz

Bu gün ölkənin bir çox mağazalarında vaxtı keçmiş və ya istifadəyə yararsız məhsulların satılması halları ilə tez-tez rastlaşmışıq. 

Maraqlıdır, mağazalarda alınan məhsul istifadəyə yararsız olduqda alıcı nə etməlidir? 

Alıcı malı qaytardıqda ona kompensasiya düşürmü? 

Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Lent.az-a açıqlamasında bildirib ki, satıcı məhsulu elan etdiyi xüsusiyyətlərə uyğun alıcıya təqdim etməlidir.

Onun sözlərinə görə, vaxtı keçmiş, yararsız məhsulu alıcıya satmaq olmaz:

“Əgər, belə bir hal yaşanarsa, alıcının məhsulu geri qaytarmaq və kompensasiya tələb etmək hüququ var. Bu məsələ mülki, inzibati və ya cinayət məcəlləsi ilə tənzimlənə bilər. Vətəndaşın aldığı məhsul yararsızdırsa və bu, onun sağlamlığına ciddi ziyan törədibsə, bu zaman satıcı birbaşa ciddi məsuliyyət daşıyır. Bundan əlavə, vətəndaşın ərzaq və dərman məhsullarını çıxmaq şərtiylə digər məhsulları aldıqdan sonra 14 gün ərzində birbaşa geri qaytarmaq hüququ var. Bu məsələ mülki məcəllədə də təsdiq olunub. Əgər, bununla bağlı satıcı tərəfdən hər hansı bir problem yaransa, vətəndaş şikayəti İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə yönəltməlidir”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3291

Oxşar yazılar

Bəxt 3 BÜRCÜN tərəfindədir:  ulduzlar  nələr vəd edir?

Bəxt 3 BÜRCÜN tərəfindədir: ulduzlar nələr vəd edir?

13 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var -  SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

13 may 2025 , 08:44
May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək

May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək

13 may 2025 , 00:02
Dörd BÜRC üçün  pul çay kimi  axacaq 

Dörd BÜRC üçün pul çay kimi axacaq 

12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq  təhlükəlidir - XƏBƏRDARLIQ

Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ

12 may 2025 , 18:25
Leysan, dolu və sulu qar  XƏBƏRDARLIĞI

Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI

12 may 2025 , 16:54
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat

Dahilərdən qadınlar haqqında 9 sitat

12 may 2025 , 15:49