Açıq məkanlara giriş üçün COVID pasportu tələb ediləcək? - RƏSMİ CAVAB
01 sentyabr 2021 13:17 (UTC +04:00)

Açıq məkanlara giriş üçün COVID pasportu tələb ediləcək? - RƏSMİ CAVAB

Sentyabrın 1-dən COVID-19 pasportu olmayanlar ictimai iaşə müəssisələrinə, o cümlədən restoran və kafelərə buraxılmır.

Bununla bağlı Lent.az-a açıqlama verən Daxili İşlər Nazirliyi mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, COVID pasportu olan yaşı 18-dən yuxarı şəxslər həmin obyektlərə daxil olarkən müvafiq qaydada yoxlanılacaq:

“Nazirlər Kabinetinin bu qərarı açıq havada fəaliyyət göstərən kafe və restoranlara aid deyil. Qaydaların pozulmasına görə isə vətəndaşlar deyil, restoran, kafe və digər iaşə obyektlərinin sahibləri məsuliyyət daşıyırlar".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2879

Oxşar yazılar