Cəlilabadda avtomobillər toqquşdu - Xəsarət alan var   -VİDEO
08 iyun 2025 12:47 (UTC +04:00)

Cəlilabadda avtomobillər toqquşdu - Xəsarət alan var -VİDEO

Cəlilabadda yol nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralında Cəlilabad rayonunu ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2107" markalı minik avtomobili "Opel" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində sürücülərdən biri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Cəlilabadda qəza

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 278

Oxşar yazılar