Avtomobil ata və oğlunu vurdu - Azyaşlının vəziyyəti ağırdır
08 iyun 2025 14:08 (UTC +04:00)

Avtomobil ata və oğlunu vurdu - Azyaşlının vəziyyəti ağırdır

Astarada avtomobil ata və azyaşlı oğlunu vurub.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hərəkətdə olan nəqliyyat vasitəsi rayonun Kijəbə qəsəbə ərazisində 1986-cı il təvəllüdlü Ərçivan qəsəbə sakini Rəhim Rza oğlu Fərruxovu və oğlu 2022-ci il təvəllüdlü Z.F vurub.

Hər iki yaralı Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Vəziyyəti ağır olan azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər ona qapalı kəllə-beyin travmasıbaşın açıq yarası, , koma, ataya isə burun nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyublar.

Azyaşlının vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 372

Oxşar yazılar