Həkim maşınla Bakıdan rayona gələn yeniyetməni vurdu-YENİLƏNİB
08 iyun 2025 14:15 (UTC +04:00)

Həkim maşınla Bakıdan rayona gələn yeniyetməni vurdu-YENİLƏNİB

Bu gün saat 11:05 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2014-cü il təvəllüdlü (qadın cinsli) azyaşlı Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Lent.az-a TƏBİB-dən xəbər verilib.

Ona alın və təpə nahiyəsinin hematoması, qarın və diz nahiyəsinin sıyrılmış yaraları diaqnozu təyin edilib.

Qeyd edilib ki, hazırda pasiyentin müalicəsi xəstəxananın Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır, stabil olaraq qiymətləndirilir.

 

***

saat 13.47

Goranboyda yeniyetmə qızı maşın vurub.

Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonunda yerləşən marketlərin birinin qarşısında qeydə alınıb.

Yolu keçmək istəyən  2014-cü il təvəllüdlü Bakı şəhər sakini Z.Bayramovanı Goranboy Rayon Mərkəzi Xəstəxanasının həkimi Kəmalə Abdullayevanın idarə etdiyi “Nissan” markalı minik avtomobili vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 818

Oxşar yazılar