Kayseri Kocasinan rayon Polis Şöbəsinin Məişət zorakılığı ilə mübarizə bürosunda çalışan polis məmuru Yusuf Taşpınar heyvan qurbanı kəsərkən keçirdiyi infarkt nəticəsində həyatını itirib.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, hadisə Kayserinin Mucur rayonunda olan polis məmuru Yusuf Taşpınar qurban kəsərkən baş verib.
Onun qəflətən halı pisləşib. Həkimlər infarkt keçirən polis zabitinin hadisə yerindəcəhəyatını itirdiyini müəyyən ediblər.