Abşron rayonu bu gün qazsız qalacaq
30 avqust 2024 10:51 (UTC +04:00)

Abşron rayonu bu gün qazsız qalacaq

Bu gün Abşeron rayonunun qaz təchizatında fasilə yaranacaq.

Lent.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, "Masazır" qazpaylayıcı stansiyasında (QPS) mövcud qaz sızmalarının ləğv edilməsi məqsədi ilə avqustun 30-da saat 11:00-dan 16:00-dək qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə Masazır qəsəbəsinin, Zəngilan qaçqın şəhərciyinin, Abşeron gənclər şəhərciyinin, "Viktoriya-313" və "Saray-H" MTK-ların və 10 ədəd sənaye obyektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 867
avatar

Oxşar yazılar