Sabah rayonlarda yağış və dolu yağacaq - PROQNOZ
27 avqust 2020 13:33 (UTC +04:00)

Sabah rayonlarda yağış və dolu yağacaq - PROQNOZ

Avqustun 28-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər zəif duman müşahidə olunacaq, gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-21,  gündüz 29-32,  Bakıda  gecə 19-21, gündüz  29-31 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində gündüz cənub-şərq küləyi  əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi  gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 15-20, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz  17-22 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza gəldikdə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən  əlverişlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2288

Oxşar yazılar

Tanınmış jurnalist vəfat etdi

Tanınmış jurnalist vəfat etdi

22 aprel 2025 , 13:04
Sabah  29 dərəcə isti   olacaq, axşam yağış yağacaq  - Hava PROQNOZU

Sabah 29 dərəcə isti olacaq, axşam yağış yağacaq - Hava PROQNOZU

22 aprel 2025 , 12:10
Bakının bir sıra yollarında təmir gedir - FOTO

Bakının bir sıra yollarında təmir gedir - FOTO

22 aprel 2025 , 10:53
Niyə maaşın 10 faizini yığmaq olmaz? - Təhlükəli maliyyə mifi

Niyə maaşın 10 faizini yığmaq olmaz? - Təhlükəli maliyyə mifi

22 aprel 2025 , 10:42
Bu gün 3 rayonun  işığı kəsiləcək

Bu gün 3 rayonun işığı kəsiləcək

22 aprel 2025 , 09:19
Bakının iki rayonu qazsız qalacaq

Bakının iki rayonu qazsız qalacaq

22 aprel 2025 , 09:11
Üç BÜRC tezliklə  pis xəbər   alacaq 

Üç BÜRC tezliklə pis xəbər alacaq 

22 aprel 2025 , 09:09
Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19