Azərbaycanda bir həftədə əkilən ağacların sayı açıqlandı
08 mart 2020 09:59 (UTC +04:00)

Azərbaycanda bir həftədə əkilən ağacların sayı açıqlandı

0

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən respublikanın bütün rayonlarında “Təbiət könüllüsü, yaz əkininə sən də qoşul”  devizi altında yaz ağacəkmə aksiyaları davam etdirilir.

Lent.az-ın məlumatına görə, ETSN-nin mətbuat katibi İradə İbrahimova jurnalistlərə açıqlamasında deyib ki, bir həftə ərzində respublika üzrə ümumilikdə 80 hektar ərazidə 94 620 ədəd müxtəlif meyvə və meşə cinsli ağac əkilib.

Eyni zamanda 4 349 hektar seyrək ərazidə isə bərpa işləri aparılaraq 113 mindən çox müxtəlif cinsli ağac və kol bitkiləri salınıb. Ağac əkilən sahələrin böyük hissəsinə damcılı suvarma sistemi çəkilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1777

Oxşar yazılar