84 yaşlı nənə tələbə olmaq üçün imtahan verdi
20 iyun 2022 16:43 (UTC +04:00)

84 yaşlı nənə tələbə olmaq üçün imtahan verdi

Türkiyədə 84 yaşlı qadın universitetə qəbul imtahanlarında iştirak edib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Ordu şəhərində yaşayan Günəş Önürmə gözəl sənətlər ixtisası üzrə təhsil almaq üçün imtahan verib. 

84 yaşlı Günəş nənəni imtahana nəvəsi gətirib.

"Yaşıdlarım daha yaşadığımı yaşadım deyir, amma bu düzgün sayılmaz. ABŞ prezidenti Baydenin 79, Roma Papasının 85 yaşı var. Kimsə onlara işə yaramaz demirsə, deməli hər birimiz faydalı ola bilərik", - Günəş nənə bildirib.

# 4680
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar