16-18 yaşlıların peyvəndlənməsi üçün istisnalar  AÇIQLANDI
07 sentyabr 2021 10:07 (UTC +04:00)

16-18 yaşlıların peyvəndlənməsi üçün istisnalar AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə Covid-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq. 

Maraqlıdır, istisna hallar dedikdə nələr nəzərdə tutulur?

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, istisna hallara xaricdə təhsil alanlar və xroniki xəstəlikdən əziyyət çəkən 16-18 yaşlı yeniyetmələr aiddir.

Xatırladaq ki, 16-18 yaşlı yeniyetmələrin peyvəndləməsi üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək.

16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2508
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar