Türkmənistanın səfirliyi Milli Kitabxanaya kitab bağışlayıb - FOTO
07 iyul 2011 14:37 (UTC +04:00)

Türkmənistanın səfirliyi Milli Kitabxanaya kitab bağışlayıb - FOTO

Lent.az-ın məlumatına görə, bu gün Milli Kitabxanada həmin kitabların təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komenov da iştirak edib.


M.F. Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov səfirə təşəkkürünü bildirib: “Məncə, bu, gələcəkdə Türkmənistan ilə Azərbaycan arasında əlaqələrin genişlənməsində mühüm rol oynayacaq və Azərbaycan oxucularının ən çox istifadə etdiyi kitab olacaq” .

Türkmənistanın Azərbaycandakı səlahiyyətli səfiri də öz növbəsində bu günün əhəmiyyətindən danışıb: “Bu bizim Azərbaycan Milli Kitabxanası ilə ikinci vacib tədbirimizdir. Ötən il də Türkmənistanın görkəmli klassiklərinin əsərlərinin kitabxanaya hədiyyə olunub. Bununla bağlı tədbir həyata keçirilib. Bu da bizim ölkələr arasında dostluğun göstəricisidir”.


Lalə Yusifqızı
# 575

Oxşar yazılar