ARDNŞ-dən qeyri-neftçilərin uşaqlarına güzəşt
31 avqust 2009 19:06 (UTC +04:00)

ARDNŞ-dən qeyri-neftçilərin uşaqlarına güzəşt

Şirkətinin uşaq bağçalarında qeyri-neftçi balaları tərbiyə alması üçün aylıq ödəniş 100 manatdan 50 manata endirilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) balansında olan bəzi uşaq bağçalarına qəbulla bağlı güzəştlər tətbiq edib. Bu güzəştlər ümumilikdə 500 nəfərə yaxın uşağı əhatə edəcək.

ARDNŞ-dən Lent.az-a bildiriblər ki, avqustun 13-də verilən qərara əsasən, Təhsil Nazirliyinin bağçası olmayan inzibati ərazilərdə yerləşən bağçalara qəbul edilən qeyri-neft sektorunda çalışanların övladları üçün tələb olunan vəsait yarıbayarı azaldılıb. Hazırda qeyri-neft sektorunda çalışanların övladları 50 manata ARDNŞ-nin balansındakı bağçalarda təhsil ala bilər. Bu güzəştlər Əzizbəyov rayonunun Pirallahı qəsəbəsində yerləşən 4, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 5 bağçaya, Xətai rayonunun Zığ qəsəbəsində yerləşən “Buta”, Sabunçu rayonunun 2-ci Zabrat qəsəbəsində yerləşən “Yasəmən” bağçalarına şamil olunur.

Hazırda Sosial İnkişaf İdarəsinin tabeçiliyində olan 41 uşaq bağçasında 3400 uşaq tərbiyə alır. Onlardan 1955-i neftçi övladları, 730-u güzəştli kateqoriyadan olan (qaçqın, məcburi köçkün, müharibə veteranı və sair) şəxslərin, 715-i isə qeyri-neft sektorunda çalışanların övladlarıdır. Məktəbəqədər tərbiyə müəssisələrində uşaqların keyfiyyətli ərzaq məhsulları ilə təmin olunması xüsusi diqqətdə saxlanılır. Bu müəssisələrin günün tələbləri səviyyəsinə cavab verməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.

Şirkətdə bildirirlər ki, son dövrdə bütün bağçalarda elektrik təsərrüfatı yenidən qurulub, qaz sobalarının yerində müasir tipli elektrik sobaları quraşdırılıb, sıradan çıxmış su qızdırıcıları və paltaryuyan maşınlar yeniləri ilə əvəzlənib. Həmçinin, 10-a yaxın bağça əsaslı təmir edilərək, yeni avadanlıq və yataq dəstləri ilə təchiz olunub. Bağçalarda metodiki işlərin yaxşılaşdırılması istiqamətində də köklü islahatlar aparılır.

Yeri gəlmişkən, hazırda ARDNŞ-nin balasındakı məktəbəqədər tərbiyə müəssisələrində 1 uşağa çəkilən aylıq xərc mövsümdən asılı olaraq, 190-230 manat arasında dəyişir. Buna baxmayaraq, neftçilərin və güzəştli kateqoriyadan olan şəxslərin övladları üçün 20 manat, qeyri-neft sektorunda çalışanların övladları üçün 100 manat ödəniş tələb olunur.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1554

Oxşar yazılar

Tanınmış jurnalist vəfat etdi

Tanınmış jurnalist vəfat etdi

22 aprel 2025 , 13:04
Sabah  29 dərəcə isti   olacaq, axşam yağış yağacaq  - Hava PROQNOZU

Sabah 29 dərəcə isti olacaq, axşam yağış yağacaq - Hava PROQNOZU

22 aprel 2025 , 12:10
Bakının bir sıra yollarında təmir gedir - FOTO

Bakının bir sıra yollarında təmir gedir - FOTO

22 aprel 2025 , 10:53
Niyə maaşın 10 faizini yığmaq olmaz? - Təhlükəli maliyyə mifi

Niyə maaşın 10 faizini yığmaq olmaz? - Təhlükəli maliyyə mifi

22 aprel 2025 , 10:42
Bu gün 3 rayonun  işığı kəsiləcək

Bu gün 3 rayonun işığı kəsiləcək

22 aprel 2025 , 09:19
Bakının iki rayonu qazsız qalacaq

Bakının iki rayonu qazsız qalacaq

22 aprel 2025 , 09:11
Üç BÜRC tezliklə  pis xəbər   alacaq 

Üç BÜRC tezliklə pis xəbər alacaq 

22 aprel 2025 , 09:09
Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19