Bakı İslam Universitetinə qəbul imtahanı keçiriləcək
31 avqust 2009 13:03 (UTC +04:00)

Bakı İslam Universitetinə qəbul imtahanı keçiriləcək

Ali təhsilli ilahiyyatçı olmaq istəyənlər “Quran”ı ərəb dilində oxumağı bacarmalıdır

Sentyabrın 5-də Bakı İslam Universitetinə daxili test üsulu ilə qəbul imtahanı keçiriləcək. Hazırda abituriyentlərdən sənəd qəbulu davam edir.

Universitetin islamşünaslıq fakültəsinin dekanı Hacı Fuad Nurullayev Lent.az-a bildirib ki, imtahanlar III ixtisas qrupuna aid edilən humanitar fənlər üzrə aparılacaq. Ancaq imtahan sualları abituriyentdə 4 deyil 2 variantda, A və B variantlarında təqdim olunacaq.

Bundan başqa Bakı İslam Universitetində ali təhsil olmaq istəyənlər qabiliyyət imtahanlarından da müvəffəqiyyət qazanmalıdır. Hacı Fuad Nurullayev bildirib ki, ali təhsilli ilahiyyatçı olmaq istəyənlərin ərəb dilində “Quran”ı üzündən oxuya bilməsi vacibdir. Bu səbəbdən də test imtahanlarından əvvəl abituriyentlərin bu qabiliyyətləri də yoxlanacaq.

Xatırladaq ki, Təhsil Nazirliyi 20 illik tarixi olan Bakı İslam Universitetinə lisenziyanı bu yaxınlarda verib. Sənədə əsasən, gələn ildən universitetə tələbə qəbulu da mərkəzləşdirilmiş qaydada Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq. Bu ali təhsil müəssisəsində bakalavr pilləsində dinşünaslıq, magistratura pilləsində isə islamşünaslıq və din tarixi fakültələri fəaliyyət göstərəcək. Tələbələrə dini fənlərlə yanaşı dünyəvi elmlər də tədris olunacaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1999

Oxşar yazılar

Tanınmış jurnalist vəfat etdi

Tanınmış jurnalist vəfat etdi

22 aprel 2025 , 13:04
Sabah  29 dərəcə isti   olacaq, axşam yağış yağacaq  - Hava PROQNOZU

Sabah 29 dərəcə isti olacaq, axşam yağış yağacaq - Hava PROQNOZU

22 aprel 2025 , 12:10
Bakının bir sıra yollarında təmir gedir - FOTO

Bakının bir sıra yollarında təmir gedir - FOTO

22 aprel 2025 , 10:53
Niyə maaşın 10 faizini yığmaq olmaz? - Təhlükəli maliyyə mifi

Niyə maaşın 10 faizini yığmaq olmaz? - Təhlükəli maliyyə mifi

22 aprel 2025 , 10:42
Bu gün 3 rayonun  işığı kəsiləcək

Bu gün 3 rayonun işığı kəsiləcək

22 aprel 2025 , 09:19
Bakının iki rayonu qazsız qalacaq

Bakının iki rayonu qazsız qalacaq

22 aprel 2025 , 09:11
Üç BÜRC tezliklə  pis xəbər   alacaq 

Üç BÜRC tezliklə pis xəbər alacaq 

22 aprel 2025 , 09:09
Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19