“Xəyal holdinq”in kollektivi qanvermə aksiyası keçirdi
30 iyul 2009 18:00 (UTC +04:00)

“Xəyal holdinq”in kollektivi qanvermə aksiyası keçirdi

Qaşqay Tağılı: “Bu aksiyanı seçməyimiz kollektivimizin xeyirxah niyyətinin əlaməti kimi qəbul edilməlidir”

İyulun 30-da Bakı şəhərində “Xəyal holdinq” şirkətinin kollektivi kütləvi şəkildə qanvermə aksiyası keçirib. Şirkətin baş direktoru Qaşqay Tağılı bu barədə Lent.az-a açıqlamasında bildirib ki, qanvermə aksiyası şirkətin yenidən fəaliyyətə başlamasının 2 ayının tamam olduğu gün keçirilib: “Bu, yenidən fəaliyyətə başlamağımızdan bəri ilk geniş ictimai tədbirimizdir və qanvermə aksiyasını seçməyimiz kollektivimizin xeyirxah niyyətinin əlaməti kimi qəbul edilməlidir”.

Şirkət rəhbəri bildirib ki, uzun fasilədən sonra “Xəyal holdinq” şirkəti yenidən öz keyfiyyətli məhsullarının istehsalını bərpa edib. 2009-cu ilin mayın 30-dan başlayan bu dövrdə şirkətin imkanlarının genişləndirilməsi üçün bütün mövcud və mümkün potensial hərəkətə gətirilib: “Xəyal holdinq” şirkəti 1995-ci ildə ölkəmizdə yaranan ilk özəl şirkətlərdən biridir. Bakının Maştağa qəsəbəsində yerləşən şirkətdə işləyənlərin əksəriyyəti Maştağa, Bilgəh, Zabrat və Buzovna qəsəbə sakinləridir. Şirkət qida məhsullarının istehsalı ilə məşğuldur. Şirkətin çörək və limonad zavodu, konserv, pivə və tünd içkilər sexi var. Bu müəssisələrdə 450 daimi və 550 mövsümi iş yerləri mövcuddur. Dünyada baş verən iqtisadi böhran şirkətimizdən də yan keçmədiyi üçün məhz biz bir sıra problemlərlə üzləşmişik. Belə ki, şirkətin müəssisələrindəki texnoloji xətləri keçmiş Sovet İttifaqında buraxılan köhnə avadanlıqlar təşkil edir. Bu səbəbdən də yeni avadanlıqların alınması həm mövcud iş yerlərinin qorunub saxlanmasını təmin etməyə, həm də buraxılan məhsulların keyfiyyətini daha da yüksəltməyə imkan verərdi”.

Məhz yuxarıda qeyd olunanları nəzərə alaraq, Qaşqay Tağılı şirkətin rəhbərliyinə gələndən sonra ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciət edib: “Dövlət tərəfindən sahibkarlığın inkişafı üçün nəzərdə tutulan maliyyə vəsaitlərindən “Xəyal holdinq” şirkətinə ayrılması məqsədi ilə tərəfimizdən cənab Prezidentimizə müraciət edilib. Bu xahişimizin nəzərə alınacağına ciddi ümidlərimiz var.

Elə ilk aylardaca zəruri bərpa tədbirlərini gördükdən sonra kollektivimiz B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun direktoru Azad Hacıyevə müraciət etdi və oradan müraciətimizə dəstək aldıq. Həmin müəssisənin mütəxəssislərinin iştirakı ilə bu gün kollektivimiz tərəfindən qan verildi.

Kollektivimiz Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşularaq “Talassemiyasız həyat naminə” layihəsinin tərkib hissəsi olan qanvermə aksiyası keçirib, talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlar üçün ehtiyac olan qan ehtiyatının yaradılması məqsədilə könüllü olaraq qan verməyi qərara alıb”.

Q.Tağılı bildirib ki, bu aksiyaya kollektiv dəstək verilməsi xahişi ilə Maştağa bələdiyyəsinə, İcra hakimiyyətinin qəsəbə nümayəndəliyinə müraciət edilib, xeyriyyə aksiyasının dəstəklənməsinə dair müsbət cavab alınıb.
# 1206

Oxşar yazılar

TikTok: xəbər səhrası,  yoxsa təbliğat vasitəsi?

TikTok: xəbər səhrası, yoxsa təbliğat vasitəsi?

20 may 2024 , 19:33
Yağışlı hava  bu tarixədək   davam edəcək

Yağışlı hava bu tarixədək davam edəcək

20 may 2024 , 17:07
Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

20 may 2024 , 17:01
May ayının 18 günündə  yağış yağıb - RƏSMİ

May ayının 18 günündə yağış yağıb - RƏSMİ

20 may 2024 , 16:56
Qaz xətlərinə hava   niyə vurulur? -  AÇIQLAMA   -  VİDEO

Qaz xətlərinə hava niyə vurulur? - AÇIQLAMA - VİDEO

20 may 2024 , 16:48
Lisey və gimnaziyalara qeydiyyat başladı

Lisey və gimnaziyalara qeydiyyat başladı

20 may 2024 , 15:45
Zığ şosesinə DAŞ DÜŞDÜ  - DİQQƏTLİ OLUN!

Zığ şosesinə DAŞ DÜŞDÜ - DİQQƏTLİ OLUN!

20 may 2024 , 15:37
Azərbaycanda abortların sayı  artıb

Azərbaycanda abortların sayı artıb

20 may 2024 , 15:14