Mülki silahlar dövlət kadastrına salınacaq
29 iyul 2009 18:30 (UTC +04:00)

Mülki silahlar dövlət kadastrına salınacaq

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi mülki silah istehsalçılarına və satıcılarına xəbərdarlıq edib
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi mülki silahın və onların döyüş sursatlarının istehsalı, idxalı və satışı ilə məşğul olan təsərrüfat subyektlərinə xəbərdarlıq edib.
Dövlət Komitəsindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, xidməti və mülki silahın dövriyyəsinə nəzarət, onların sertifikatlaşdırılması, eləcə də Dövlət Kadastrının yaradılması və dərc olunub yayılması Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nə həvalə edilib.
Dövlət Komitəsi mülki silahın və onların döyüş sursatlarının istehsalı, idxalı və satışı ilə məşğul olan təsərrüfat subyektlərinin nəzərinə çatdırır ki, Dövlət Kadastrı Azərbaycan Respublikasında qanunla müəyyən edilmiş qaydada dövriyyəyə buraxılan xidməti və mülki silah barədə sistemləşdirilmiş məlumatı əks etdirən rəsmi sənəddir.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın Dövlət Kadastrının aparılması Qaydaları”na müvafiq olaraq həmin silahlar mütləq sertifikatlaşdırıldıqdan sonra Dövlət Kadastrına daxil edilməlidir. Qanunun həmin tələblərini pozan hüquqi (fiziki) şəxslərə məsuliyyət nəzərdə tutulub.
Şərh olunan Qanunun 5-ci maddəsinə və eləcə də “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü bəndinə əsasən, sertifikatlaşdırılmayan silahların və onların döyüş sursatlarının dövriyyəsi (gətirilməsi, aparılması, idxalı, ixracı, satışı, başqasına verilməsi, əldə edilməsi, kolleksiya edilməsi, sərgisinin keçirilməsi, uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, istifadə edilməsi, göndərilməsi, götürülməsi və məhv edilməsi) qadağandır.
Dövlət Komitəsi bildirir ki, satış və ya digər məqsədlərlə idxal olunan silahların və onların döyüş sursatlarının sertifikatlaşdırılması və Dövlət Kadastrına daxil edilməsi üçün təsərrüfat subyektləri müvafiq sənədlərlə Komitəyə müraciət etməlidirlər.

Ramiz
# 738

Oxşar yazılar

Yağışlı hava  bu tarixədək   davam edəcək

Yağışlı hava bu tarixədək davam edəcək

20 may 2024 , 17:07
Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

20 may 2024 , 17:01
May ayının 18 günündə  yağış yağıb - RƏSMİ

May ayının 18 günündə yağış yağıb - RƏSMİ

20 may 2024 , 16:56
Qaz xətlərinə hava   niyə vurulur? -  AÇIQLAMA   -  VİDEO

Qaz xətlərinə hava niyə vurulur? - AÇIQLAMA - VİDEO

20 may 2024 , 16:48
Lisey və gimnaziyalara qeydiyyat başladı

Lisey və gimnaziyalara qeydiyyat başladı

20 may 2024 , 15:45
Zığ şosesinə DAŞ DÜŞDÜ  - DİQQƏTLİ OLUN!

Zığ şosesinə DAŞ DÜŞDÜ - DİQQƏTLİ OLUN!

20 may 2024 , 15:37
Azərbaycanda abortların sayı  artıb

Azərbaycanda abortların sayı artıb

20 may 2024 , 15:14
“Lifttəmir” İstehsalat Birliyində yenə NÖQSANLAR

“Lifttəmir” İstehsalat Birliyində yenə NÖQSANLAR

20 may 2024 , 13:53