Səhiyyə Nazirliyi donuz qripi ilə bağlı hazırlıq işləri görüb
29 iyul 2009 16:30 (UTC +04:00)

Səhiyyə Nazirliyi donuz qripi ilə bağlı hazırlıq işləri görüb

Hələlik aparılan 500-dən çox müayinə zamanı A/H1N1 virusu aşkarlanmayıb

Ümumdünya Səhiyyə Təşkilatının rəsmi məlumatına əsasən, dünyada 160 mindən çox A/H1N1 qripi virusu ilə xəstələnmə halları qeydə alınıb ki, onlardan da 998 ölümlə nəticələnib.

Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasında A/H1N1 virusuna qarşı tədbirlər “Azərbaycan Respublikasında Quş Qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət komissiyası”nın iclasında təsdiq edilmiş “Azərbaycan Respublikasında qrip pandemiyasına hazırlıq üzrə Milli Plan”a əsasən həyata keçirilir.

Dünyada A/H1N1 virusuna görə yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi, respublikada qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi, eləcə də bu xəstəliyin respublikamıza keçməsinin qarşısının alınması məqsədilə 2009-cu ilin aprel ayında müvafiq əmr verilib.

Qrip xəstəliyinin diaqnostikası üçün müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya Respublika Taun Əleyhinə Stansiyasında təşkil edilmiş, laboratoriya mütəxəssisləri beynəlxalq səviyyədə hazırlıq kursları keçiblər.
Xəstələrin müalicəsi üçün Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda dünya standartlarına cavab verən mənfi təzyiqli bokslar təşkil edilib.

Respublikada qrip xəstəliyinin müalicəsi üçün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunan oseltamivir preparatının, digər dərman vasitələrinin və həmçinin dezinfeksiyaedici maddələrin, fərdi qoruyucu vasitələrin və s. ehtiyatı yaradılıb. Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində “bir pəncərə” prinsipinin tətbiqi ilə bağlı sanitar proseduraları Dövlət Gömrük orqanları tərəfindən həyata keçirilir.

Sərhəd keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları tərəfindən qrip epidemiyası baş vermiş ölkələrdən gələn insanlar barədə Respublika Sanitariya-Karantin Müfəttişliyinə məlumat verilir və bu şəxslər üzərində tibb müəssisələri tərəfindən müşahidə təmin edilir. Əhalinin maarifləndirilməsi məqsədilə Qırmızı Aypara Cəmiyyəti və Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hazırlanmış xəstəlik barədə təbliğat vərəqələri paylanıb.

Dünyada A/H1N1 virus qripinə qarşı epidemioloji vəziyyətin gərginləşməsi ilə əlaqədar bu xəstəliklə bağlı əhaliyə məlumat verilməsi üçün Respublika Taun Əleyhinə Stansiyasında qaynar xətt fəaliyyət göstərir (tel: 530 32 13), eləcə də Respublikamıza müvəqqəti gəlmiş şəxslər və tranzit sərnişinlər özlərində qrip əlamətlərini hiss edərsə məsləhət almaq məqsədilə Respublika Sanitariya-Karantin Müfəttişliyində fəaliyyət göstərən 494 05 23 nömrəli telefonla məsləhət ala bilərlər.

Bu vaxtda qədər A/H1N1 virusunun aşkar olunması məqsədilə Respublika Taun Əleyhinə Stansiyasının laboratoriyasında 500-dən çox müayinə aparılıb. Müayinələrin nəticəsi mənfi olub. Yəni donuz qripi aşkarlanmayıb.
# 829

Oxşar yazılar

Yağışlı hava  bu tarixədək   davam edəcək?

Yağışlı hava bu tarixədək davam edəcək?

20 may 2024 , 17:07
Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

20 may 2024 , 17:01
May ayının 18 günündə  yağış yağıb - RƏSMİ

May ayının 18 günündə yağış yağıb - RƏSMİ

20 may 2024 , 16:56
Qaz xətlərinə hava   niyə vurulur? -  AÇIQLAMA   -  VİDEO

Qaz xətlərinə hava niyə vurulur? - AÇIQLAMA - VİDEO

20 may 2024 , 16:48
Lisey və gimnaziyalara qeydiyyat başladı

Lisey və gimnaziyalara qeydiyyat başladı

20 may 2024 , 15:45
Zığ şosesinə DAŞ DÜŞDÜ  - DİQQƏTLİ OLUN!

Zığ şosesinə DAŞ DÜŞDÜ - DİQQƏTLİ OLUN!

20 may 2024 , 15:37
Azərbaycanda abortların sayı  artıb

Azərbaycanda abortların sayı artıb

20 may 2024 , 15:14
“Lifttəmir” İstehsalat Birliyində yenə NÖQSANLAR

“Lifttəmir” İstehsalat Birliyində yenə NÖQSANLAR

20 may 2024 , 13:53