Yuxuda qar görmək  nə deməkdir?-Təmizlik və soyuq duyğular
20 may 2024 10:59 (UTC +04:00)

Yuxuda qar görmək nə deməkdir?-Təmizlik və soyuq duyğular

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji prosesdir. Yuxu yozmaları və terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Bir çoxları iddia edir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir. Amma təbii ki, bununla bağlı dəqiq söz demək çətindir.

Yuxularda bir çox şey görürük. Bunlardan biri də qardır.

Bəs, yuxuda qar görmək hansı mənaya gəlir?

Lent.az yuxuda qar görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni sizə təqdim edir:

Yuxuda qar görmək çoxlu xeyir işlərə işarədir. Xüsusilə dini nöqteyi-nəzərdən şərh edildikdə həyata çox müsbət təsir göstərir. 
Yuxuda qar görmək sağlamlıq problemlərinizin qısa zamanda sağalıb yaxşılığa doğru dönəcəyinə işarədir. Bir insanın biznes mühitində şəxsiyyəti baxımından əldə edəcəyi faydaları və nailiyyətləri göstərir. Qısa zamanda bir çox kədər və bəlalardan qurtulmağın xəbərçisidir.

Yuxuda qar görmək nə deməkdir?

Ağ rəng çox vaxt yaxşılığa işarə kimi şərh olunur. Qar ağ rəngin təbiiliyini əks etdirdiyi üçün saf duyğuların oyanması deməkdir.
Yuxuda qar görmək, hər işdə xeyirə yozulmadığı bir vəziyyətdir. Yuxuda mövsümdə yağmayan qar xəstəlik əlamətlərinin ortaya çıxmasına işarə edir. Evli insanlar üçün bu, maddi çətinliklərin əlamətidir. Bu, işsizlərin işə qəbulunda gecikmələrin olacağından xəbər verir.

Yuxuda qar görmək hansı mənaya yozulur?

Yuxuda qar görməyin mənası odur ki, qaranlıq günlərdən işığa açılan qapıdan tez keçəcəksən. Bu qapıdan keçəndən sonra təmiz bir ağ səhifə açılacaq və dolanmaqda çətinlik çəkənlər rahatlıq tapacaq. İşsizlər ən qısa zamanda iş tapacaqlar. Xəstələr dərdlərinə çarə tapacaqlar.
Yuxuda qar görmək dostlarınız və yaxınlarınızla daha çox söhbət və sevgi dolu anlar yaşayacağınıza işarədir. 

 Yuxuda qar yağdığını görmək nədir?

Yuxuda qar yağdığını görmək, uğurlu və bərəkətli günlər keçirəcəyinizə işarədir. Bu iki şəkildə qiymətləndirilir. Soyuq bölgələrdə qar yağdığını görmək bolluq deməkdir. Yuxuda isti bölgələrdə qar yağdığını görmək aclığın xəbərçisi kimi yozulur. Yuxuda qışda yağan qarı görmək xeyirə və dinc günlərə işarədir. Həyatınızda sahib olmaq istədiyiniz gözəlliklərin vaxtının gəldiyini xəbər verir. Bu o deməkdir ki, həyatınızda müsbət dəyişikliklərin şahidi olacaqsınız. Yaxşı şeylərin və yaxşı xəbərlərin tezliklə gələcəyinə işarədir.

Yuxuda qarda gəzmək nədir?

Yuxuda qarda gəzmək sülhə və xoşbəxtliyə işarədir. Ağın təmizliyi və gözəlliyi yaxşılıq və bolluq əlamətidir. Yuxuda qarda gedərək iz buraxmaq, iş mühitində sizi məşhur edəcək işlər görəcəyinizə işarədir. Yuxuda qarda gəzib onun izlərini görmək çox mənalı və gözəl bir sürprizlə qarşılaşacağınıza işarədir. Qışda qarda gəzmək o deməkdir ki, bəlalarınız ağlıqda yox olacaq. Yayda yuxuda qarda gəzmək çətinliklərin üstundən gələcəyinizə işarədir.

Yuxuda qartopu oynamaq nə deməkdir?

Yuxuda qartopu oynamaq yaxşılığa işarədir. Qarşılıqlı sevgi və mərhəmətin artacağını göstərir. Biznes mühitində işi paylaşarkən ədalətin olması lazım olduğunu izah edir. Qartopu hazırlayarkən qar əllərinizi üşüdürsə, bu, sevdiyiniz insandan sürpriz hədiyyə alacağınıza işarədir. Yuxuda qartopu oynamaq, qazancın halal yoldan gələcəyinə işarədir. Ruzini sevdikləriniz arasında bölüşdürərək xoşbəxtliyin artacağına işarədir.

Yuxuda qar adamı etmək nədir?

Yuxuda qar adamı düzəltmək, həll olunmayan dərd və kədərlərinizin həllinin ən çox sevdiyiniz insanda olduğuna işarə edir. Bu o deməkdir ki, daxili problemlərinizin həllini uzaqlarda deyil, ən yaxınlarda axtarmalısınız. Əldə etdiyiniz sərvəti artırmaq üçün çox çalışmalı olduğunuzu bildirir.
 Əgər iş mühitində müdiriniz sizi tənqid edə bilər. Bu onu göstərir ki, tənqidin müsbət nəticə verməsi üçün çox çalışmaq lazımdır.

Yuxuda qar yemək nədir?

Yuxuda qar yemək yaxşı əlamətdir. Yuxuda yay aylarında qar yemək, ondan bəhrələnəcəyinizə və tezliklə bərəkətli günlərin gələcəyinə işarədir. Qış aylarında sulu qar yemək pis hadisələrin baş verə biləcəyindən xəbər verir. İnsan iş mühitində daha diqqətli olmalıdır. 
Yuxuda qar yemək halal yolla qazancınızın artacağına işarədir. Yuxuda təmiz qar yemək bərəkət olarkən, tozlu, isli qar yemək malın təyinatından kənara çıxmasına dəlalət edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 86808
avatar

Xədicə ƏFQAN

Oxşar yazılar

Yuxuda heyva görmək  hansı mənaya gəlir?

Yuxuda heyva görmək hansı mənaya gəlir?

22 noyabr 2024 , 10:01
Yuxuda oyuncaq görmək  nə deməkdir?

Yuxuda oyuncaq görmək nə deməkdir?

21 noyabr 2024 , 09:48
Yuxuda çılpaq adam  görmək nə deməkdir?

Yuxuda çılpaq adam görmək nə deməkdir?

19 noyabr 2024 , 11:58
Yuxuda  həbsə düşmək  nə deməkdir?

Yuxuda həbsə düşmək nə deməkdir?

11 noyabr 2024 , 13:16
Yuxuda eynək görmək  nə deməkdir?

Yuxuda eynək görmək nə deməkdir?

4 noyabr 2024 , 13:18
Yuxuda nar görmək  nə deməkdir?

Yuxuda nar görmək nə deməkdir?

1 noyabr 2024 , 15:39
Yuxuda sel görmək  nə deməkdir?

Yuxuda sel görmək nə deməkdir?

29 oktyabr 2024 , 10:01
Yuxuda əsgər getdiyini  görmək nə deməkdir?

Yuxuda əsgər getdiyini görmək nə deməkdir?

25 oktyabr 2024 , 09:48