Azərbaycana Həcc ziyarəti üçün ayrılan kvota 3 dəfə azaldılıb
14 iyul 2009 18:00 (UTC +04:00)

Azərbaycana Həcc ziyarəti üçün ayrılan kvota 3 dəfə azaldılıb

Bu il Azərbaycana Həcc ziyarəti üçün ayrılan kvota azaldılıb.

Lent.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri Hacı Allahşükür Paşazadə bu gün keçirdiyi mətbuat konfransında deyib. İdarə sədri bu qərarın dövlət məsləhətləşmə aparılandan sonra verildiyini söyləyib. Ötən il bu rəqəm 6 min idisə, bu il Həccə gedənlərin sayı 2 min nəfər olacaq: “Keçən il Həcc ziyarətinə ayrılan kvotanın 5500-ü dolmuşdu”.

Şeyxin dediklərindən belə bəlli olub ki, Azərbaycandan Həcc ziyarətinə gedənlərin heç də hamısı bu müqəddəs ziyarətin qaydalarına tam əməl etmir: “Bəzən adamlarımız ziyarətə hazırlaşmadan gedir. Başqa ölkələrdə bu ziyarətə getməzdən əvvəl 4-5 il hazırlaşırlar, kurslara gedirlər, Həccin şərtlərini, Hacının, onun həyatının necə olmasını öyrənirlər. Bizdə isə belə deyil. Qafqaz Müsəlmanları İdarəsi belə bir kurs açmışdı. Lakin həmin kursa gələn olmadı. İnsanlarımızın lazımi şərtləri bilməməsi isə sonradan bizim üçün də problem yaradır. Elə adam var ki, birinci namazını Məkkədə qılır”.

A.Paşazadənin sözlərinə görə, kvotanın azaldılmasında A/H1N1 virusu məsələsinin də rolu var. “İki min nəfərin xəstəliyə yoluxmasının qarşısını almaq altı min nəfərdən daha asandır”, - deyə o, bildirib. Bununla yanaşı, Şeyxülislam deyib ki, hər il Azərbaycandan Həcc ziyarətinə gedən insanların potensial sayı 2-2,5 min, maksimum 3 min nəfərdir. Onun sözlərinə görə, digər şəxsləri “ayrı-ayrı qruplar” aparır.

Lakin növbə çatmayan insanlar ziyarətə sıra sayı ilə (sənədlərin daha tez verilməsi nəzərə alınacaq) gələn il gedəcək.

QMİ sədri dünyada iqtisadi böhranın olmasına baxmayaraq, müqəddəs şəhərlərdə qiymətlərin ucuzlaşmadığını, əksinə bahalaşdığını deyib: “Məsələn, keçən il ziyarət müddətində oteldə qalmağın haqqı 600 dollar idisə, bu il 1000 dolar olub. Buna baxmayaraq, biz qiymətləri keçən ilki səviyyədə saxlamağa çalışacağıq”.

Şeyxülislam Həcc ziyarətinə gedənlərin səfərdən əvvəl peyvənd olacaqlarını da istisna etməyib. O, Həccin təxirə salınmasını istisna etməsə də, bunu real saymadığını vurğulayıb.

Bu il ziyarətə 1700 nəfər təyyarə, 300 nəfər isə avtobusla yola salınacaq. Azərbaycandan gedənlərin hamısı QMİ xəttilə yolanacaq.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 994

Oxşar yazılar

SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50
İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul  veriləcək

İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul veriləcək

21 aprel 2025 , 16:45
Sabah  intensiv yağış yağacaq   - PROQNOZ

Sabah intensiv yağış yağacaq - PROQNOZ

21 aprel 2025 , 13:04