Məcburi köçkünlərin yataqxana probleminin həlli sürətlənəcək
Lent.az-ın parlamentin iclasındakı müxbirinin verdiyi xəbərə görə, Qənirə Paşayeva ən azı bir neçə yataqxana korpusunun gələn ilin yeni dərs ilinədək tam hazır olunmasının vacibliyini qeyd edib. O bildirib ki, hazırda ali məktəb tələbələri məskunlaşmaq üçün çox çətinliklə üzləşir. Bu isə onların təhsil alma imkanlarını xeyli məhdudlaşdırır.
Milli Məclisdə çıxış edən maliyyə naziri Samir Şərifov isə Qənirə Paşayevanın bu təklifini dəstəkləyib. O qeyd edib ki, doğrudan da Bakıdakı ali məktəblərin tələbə yataqxanalarının yenilənməsinə, əlavə yataqxana korpuslarının tikilməsinə ehtiyac var. Maliyyə naziri deyib ki, 2011-ci il dövlət büdcəsində maksimum imkanlardan istifadə edərək yeni yataqxanaların tikilməsinə vəsait yönəldiləcək. Nazir məcburi köçkünlərin məskunlaşdığı yataqxanalardan bir neçəsinin gələn il boşaldılacağını bildirib. Onun sözlərinə görə, hazırda həmin yataqxanaların tikilməsi üçün torpaq sahələri ayrılıb. Gələn ilin dövlət büdcəsində isə bu yataqxanaların tikintisinin sürətləndirilməsi üçün əlavə vəsaitlər ayrılacaq.
Samir Şərifov, həmçinin sosial ipoteka kreditləri üçün vəsaitlərin artırılmasının da mümkünlüyünü vurğulayıb. Bildirib ki, sosial ipoteka üçün vəsaitlərin artırılması ilə bağlı Azərbaycan Mərkəzi Bankı ilə, məcburi köçkünlər üçün yataqxanaların tikilməsi üçün isə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, habelə Nazirlər Kabineti ilə birgə ciddi müzakirələr aparılacaq.
Elxan Salahov

Oxşar yazılar

Adı və soyadı dəyişdirmək üçün hansı sənədlər lazımdır? - CAVAB
13 iyun 2025 , 11:17AZAL bəzi reysləri ləğv etdi
13 iyun 2025 , 08:22
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
13 iyun 2025 , 08:22
Hər şey dəyişə bilər: üç BÜRC üçün yeni qapı açılmaq üzrədir
13 iyun 2025 , 00:02
Qadın özünü pis hiss etdi və... tabutda oyandı: Görün sonra nə oldu
12 iyun 2025 , 19:59
İyun ayında sevgi cekpotunu kim vuracaq? 5 BÜRC göyün yeddinci qatında olacaq
12 iyun 2025 , 18:30
Ailə başçısını itirməyə görə müavinət bu qədər oldu
12 iyun 2025 , 18:27