DSMF-nin yeni saytı təqdim olundu
30 sentyabr 2010 14:48 (UTC +04:00)

DSMF-nin yeni saytı təqdim olundu

Bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib.

Lent.az-ın məlumatına görə, yeni saytın təqdimat mərasimində fondun sədri Səlim Müslümov da iştirak edib. O deyib ki, yeni sayt azərbaycan və ingilis dillərində olmaqla dizayn, quruluş və məzmun baxımından müasir tələblərə uyğun qurulub. Belə ki, DSMF-nin fəaliyyəti ilə bağlı zəngin məlumatları özündə əks etdirən saytın sol menyusu 14 əsas bölmədən və 50-dən artıq alt-bölmədən ibarətdir. Həmin bölmələrdə fond haqqında, qanunvericilik bazası, pensiya islahatı, məcburi dövlət sosial sığortası, fərdi uçot, əmək pensiyaları, sosial sığorta müavinətləri, sığortaedən üçün məlumat, statistik göstəricilər, vətəndaşların məlumatlandırılması, beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr, qonaq kitabı, lazımi linklərə istinadlar verilməklə bir çox suallara aydınlıq gətirilir.

Səlim Müslümov deyib ki, "İnformasiya əldə etmək haqqında" qanunun tələblərinə uyğun olaraq, fondun fəaliyyətini əks etdirən bütün məlumatlar saytda yerləşdirilib. Yeni sayt sığorta-pensiya sahəsində görülən işlər barədə əhalinin məlumatlandırılması və internet səhifəsindən əhaliyə xidmət vasitəsi kimi istifadə edilməsi istiqamətində geniş imkanlara malikdir. Onun sözlərinə görə, həyata keçirilən islahat tədbirlərində QHT və vətəndaş cəmiyyətinin fəal iştirakı imkanlarının və vasitələrinin formalaşdırılması üçün internet saytı vasitəsilə müxtəlif interaktiv sorğuların keçirilməsi üçün xüsusi bölmə təşkil olunub.

Xatırladaq ki, DSMF-nin www.sspf.gov.az ünvanlı saytı 2004-cü ildən etibarən fəaliyyət göstərir.

Elan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1577

Oxşar yazılar