Bu gün saat 15.00-da Bakı və Sumqayıtın suyu kəsiləcək
“Sumqayıtelektrikşəbə” borcların ödənməsində “Azərsu”ya heç bir güzəştə getmək fikrində deyil
“Azərsu” Səhmdar Cəmiyyətinin “Sumqayıtelektrikşəbə” olan borclarının ödənməsi istiqamətində heç bir tədbir görməib. Bu səbəbdən də bu gün saat 15.00-da “Azərsu”yun müəssisələrinə elektrik enerjisinin verilişi dayandırılacaq”.
“Sumqayıtelektrikşəbə”nin mətbuat xidmətinin rəhbəri Anar Quliyev Lent.az-a açıqlamasında belə deyib. Onun sözlərinə görə, borcların ödənməsi üçün qarşı tərəfə bir həftə vaxt verilmişdi və bu barədə xəbərdarlıq rəsmən “Azərsu” ya təqdim edilmişdi. Ancaq “Azərsu” ötən bir həftədə borcların ödənməsi istiqamətində heç bir real tədbir görməyib.
Anar Quliyev “Azərsu” rəhbərliyinin “Sumqayıtelektrikşəbə” 47 milyon deyil, 21 milyon manat olmasına dair açıqlamasına da münasibət bildirib. Onun sözlərinə görə, 21 milyon manat son iki ildə yaranmış borclara aiddir. 26 milyon manat isə 2006-cı ilə qədər yaranmış borclardır: “2006-cı ildə “Sumqayıtelektrikşəbə”də sadəcə idarəetmə forması dəyişdirilib, şirkətə olan borcları biz yığmalıyıq. Ancaq biz “Azərsu”dan hələlik son iki ildə yaranmış borcu tələb edirik. Bu borc ödənməyincə, heç bir güzəştdən söhbət gedə bilməz”.
Elxan SALAHOV

Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33