Fəlakət bölgəsindəki qəbiristanlıqlar su altında
Bu barədə Lent.az-a Sabirabad rayonunun Fövqəladə Hallar Komissiyasının sədri, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəfadar Bağırov məlumat verib. Onun sözlərinə görə, ölənlərdən iki nəfəri rayonun Qasımbəyli kənd sakinləri, digər bir nəfər isə Azadkənd kəndinin sakinidir.
Həmin şəxslər yaşlı olub. V.Bağırov bildirib ki, onlar sel və daşqın nəticəsində deyil, sadəcə öz əcəllərilə ölüblər.
Kəndlərdəki evlər kimi qəbiristanlıqlar da su altında qaldığından, həmin şəxslər ayrı-ayrı yerlərdə dəfn edilib. Belə ki, Qasımbəyli kəndinin sakinləri Sabirabad rayonunun mərkəzindəki qəbiristanlıqda, Azadkənd sakini isə Şirvan şəhərindəki qəbiristanlıqda dəfn olunub. Onların yasında rayon icra hakimiyyətinin nümayəndələri də iştirak edib.
Sabirabad rayonunun Yuxarı Axtaçı kəndinin isə iki yaşlı sakini daşqın günlərində vəfat edib. Həmin kəndin sakinləri Lent.az-a bildirib ki, ölənlərdən biri “Krasnasel” adlanan kənddə, digəri isə Sabirabad rayonunun mərkəzində dəfn olunub. Çünki Yuxarı Axtaçı kəndinin də qəbiristanlığını sel basıb. İndi qəbiristanlıqda yalnız başdaşıların uc hissəsi görünür.
Beləliklə, təbii fəlakət baş verən vaxtdan indiyədək Sabirabad rayonunun sel basan kəndlərinin sakinlərindən vəfat edənlərin sayı 5-ə çatıb.
P.S. Yuxarı Axtaçı kəndinin qəbiristanlığından çəkilmiş video və fotoları təqdim edirik.
Pərvin ABBASOV

Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46