Sabah Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
11 dekabr 2012 10:22 (UTC +04:00)

Sabah Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Heydər Əliyevin anım mərasiminin keçirilməsi ilə əlaqədar dekabrın 12-də Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun Lent.az-a verdiyi məlumata görə, mərasimlərin keçirilməsi ilə əlaqədar saat 07:00-dan ziyarət başa çatanadək Fəxri xiyaban - Parlament prospekti istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi-Teleteatr binası yanından və Parlament prospektinə bitişik digər ərazilərdə, Parlament prospektinə paralel Abbasqulu Abbaszadə və İzzət Nəbiyev küçələrinin kəsişməsindən nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdiriləcək.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edir.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5178

Oxşar yazılar