2 yaşlı qızına siqaretlə DAĞ BASAN  ögey ata həbs edildi - YENİLƏNİB
30 sentyabr 2024 13:19 (UTC +04:00)

2 yaşlı qızına siqaretlə DAĞ BASAN ögey ata həbs edildi - YENİLƏNİB

Göygöldə 2 yaşlı uşağını döyərək yandıran Şirin Qasımov barəsində məhkəmə qərar verib. 

Lent.az xəbər verir ki, Göygöl Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

***

27 sentyabr, saat 14:02

Göygöldə ata ögey qızına işgəncə verərək onu yandırıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a bildirilib ki, fakt Göygöl rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirərkən aşkarlanıb:

"Şirin Qasımovun evin aparılan axtarış zamanı kultivasiya yolu ilə beecərilən narkotik tərkibli bitkilər aşkarlanıb. Həmçinin polis əməkdaşları Şirin Qasımovun qeyri-rəsmi nikahla yaşadığı qadının 2 yaşlı qızının bədənində siqaret yanığı izləri müəyyən ediblər. Əməkdaşlar azyaşlını xəstəxanaya yerləşdiriblər. Ögey ata saxlanılıb. Həm narkotik tərkibli bitkilərin kultivasiyası. həm də azyaşlıya verdiyi işgəncələrlə bağlı cinayət işi başlanıb".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3057
avatar

Oxşar yazılar