"Pyatnaşka" briqadasının bir hissəsi olduğu güman edilən Rusiya qüvvələri Kursk vilayətinin Plexovo kəndi ərazisindəki Ukrayna qoşunlarına əks hücuma cəhd edib. Bu nöqtəni hücumun ilk günlərində Ukrayna hərbçiləri işğal edilib və ruslar Ukrayna Silahlı Qüvvələrini oradan çıxartmağın asan olacağına inanırdılar. Lakin onların hücumu uğursuzluqla nəticələnib.
Rusiya əsgərləri öz müdafiə strukturlarının yaratdığı tələyə düşüblər, Ukrayna Silahlı Qüvvələri isə onlara ağır itkilər verə bilib.
Lent.az bildirir ki, bu barədə “Forbes” yazır.
Ötən həftənin sonunda baş vermiş Plexovo yaxınlığında iki böyük müdafiə obyekti - tank əleyhinə maneələr və piyadalar üçün Rusiya ordusu tərəfindən tikilmiş səngərlər şəbəkəsi var. Buna görə də rus kolonu özünün tank əleyhinə tələlərində - özlərinin quraşdırdıqları səngərlərdə və beton maneələrdə mühasirəyə alınıb.
Sentyabrın 29-da ukraynalı jurnalist Yuri Butusov öz “Telegram” kanalında 129-cu Ərazi Müdafiə Briqadasının pilotsuz uçan aparatlarının operatorlarının Plexovo ərazisində rus qoşunlarına xeyli ziyan vurduğunu, onlarla zirehli texnikanı və düşmənin şəxsi heyətini məhv etdiyini bildirib. Bunu daha sonra Ukrayna xüsusi xidmət orqanlarındakı mənbələr də təsdiqləyib.
Avqustun əvvəlində Kursk vilayətində başlayan əməliyyat Ukrayna qoşunlarına ayın sonuna kimi əvvəllər Rusiyanın nəzarətində olan yüzə yaxın yaşayış məntəqəsini işğal etməyə imkan verib. “Forbes” həmçinin bildirib ki, Ukrayna qüvvələri Kursk bölgəsinə daxil olmamışdan əvvəl Rusiya qarnizonunda 18 BM-21 Qrad reaktiv yaylım atəş sistemi, 71 minaatan və 98 artilleriya qurğusu da daxil olmaqla əhəmiyyətli silahlar var idi. Lakin bu, onlara mövqelərini qoruyub saxlamağa kömək etməyib. Üstəlik, yerli sakinlər deyirlər ki, əsgərlər və hüquq-mühafizə orqanları Ukrayna qoşunlarının yaxınlaşmasından xəbər tutanda sadəcə qaçıblar.