İnvestisiya adı altında  "Instagram"da  pul yığan tutuldu
30 sentyabr 2024 16:21 (UTC +04:00)

İnvestisiya adı altında "Instagram"da pul yığan tutuldu

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sosial şəbəkələrdə qazanc əldə etmək adı ilə vətəndaşları aldadaraq onların maddi vəsaitlərini ələ keçirən Mirağa Ağayev saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, o, “Instagram” vasitəsilə tanış olduğu şəxslərə investisiya, yatırım kimi şirnikləndirici, heç bir iqtisadi əsası olmayan vədlər verərək onların pullarını ələ keçirib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə istintaq hərəkətləri davam etdirilir.

Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2442
avatar

Oxşar yazılar