Belqraddakı «Ana və Uşaq Evi»nə Azərbaycan humanitar yardım edib
Noyabrın 30-da Azərbaycan hökumətinin tapşırığı ilə Azərbaycan Respublikasının Serbiyadakı səfirliyi Belqrad şəhərindəki Ana və Uşaq Evinə humanitar yardım göstərib. Bu barədə APA Azərbaycan Respublikasının Serbiyadakı səfirliyinə istinadən məlumat verir.
Məlumata görə, bu tədbir Ana və Uşaq Evinə Azərbaycan tərəfindən göstərilən ilk humanitar yardım aksiyası deyil. Bu müəssisəni Azərbaycan səfirliyi daima diqqət mərkəzində saxlayır və göstərilmiş son yardım uşaq mebel dəstləri, hədiyyələr, oyuncaqlar və s. ibarət olub.
Tədbirdə Ana və Uşaq Evinin əməkdaşları, Belqrad Meriyasının və Serbiya ictimaiyyətinin nümayəndələri, Azərbaycanın Serbiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Eldar Həsənov başda olmaqla Azərbaycan səfirliyinin əməkdaşları, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzi və Serbiya-Azərbaycan ticari-iqtisadi Palatasının üzvləri və Serbiyadakı Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Oxşar yazılar

İyul sınaqlar gətirəcək: Risk altında olan BÜRCLƏR
4 iyul 2025 , 00:02Sabah hava meteohəssas insanlar üçün necə olacaq? - PROQNOZ
3 iyul 2025 , 19:49Qeyri-sabit hava bu tarixədək davam edəcək
3 iyul 2025 , 19:17
Qışda yemək üçün giləmeyvə necə dondurulmalıdır?
3 iyul 2025 , 18:44
Tale sürprizlər hazırlayıb: həftə sonuna qədər şanslı olacaq BÜRCLƏR
3 iyul 2025 , 18:31Azərbaycanda universitet prorektoru öldü
3 iyul 2025 , 18:14
Yenidən qurulan, müasirləşən Xankəndi - FOTOLENT
3 iyul 2025 , 17:44