TQDK-dan müəllimləri, abituriyentləri və valideynləri maraqlandıran addım
19 noyabr 2012 15:42 (UTC +04:00)

TQDK-dan müəllimləri, abituriyentləri və valideynləri maraqlandıran addım

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 1992-2012-ci illərdə testologiya sahəsindəki fəaliyyətinə həsr edilmiş vəsaitlər dərc olunub.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bütün imtahan fənləri üzrə 11 adda olan bu vəsait müəllimlər, test tərtibçiləri, ekspertlər, şagirdlər, abituriyentlər, ümumi təhsil müəssisələri üçün nəzərdə tutulub.

Vəsait geniş pedaqoji ictimaiyyət üçün Azərbaycan testologiyasının tarixi və test üsulu ilə imtahan texnologiyalarının ölçü və meyarları ilə tanışlıq baxımından dəyərli mənbədir. Burada verilən məlumatlar tədris proqramlarının təkmilləşdirilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi işində təhsil işçilərinə yardımçı olacaq. Müəllimlər vəsait vasitəsilə test tapşırıqlarının ölçmə və qiymətləndirmə meyarları ilə tanış olduqdan sonra tədris prosesində qabaqcıl təlim üsullarına (interaktiv, konstruktiv və s.), xüsusilə də nəzəri biliklərin tətbiqinə əsaslanan test tapşırıqlarına daha geniş yer verə biləcəklər. Vəsait test tərtibçilərinə abituriyentlərin real bilik və bacarıqlarına uyğun test tapşırıqları hazırlamaqda və test tapşırıqlarının tərtibinə elmi, metodiki cəhətdən daha peşəkarlıqla yanaşmaqda kömək edəcək. Ekspertlər vəsaitdə verilən təhlil və şərhlər vasitəsilə TQDK-nın fənlər üzrə test topluları və digər vəsaitlərindəki test tapşırıqlarının inkişaf dinamikasını izləyə biləcəklər.

Vəsaitdəki məlumatlar bir çox cəhətdən qəbul imtahanlarına hazırlaşan yuxarı sinif şagirdləri üçün də faydalı olacaq. Onlar bu vəsaitlə tanış olaraq, müxtəlif məzmunlu test nümunələrinin ötən illərin abituriyentləri tərəfindən necə cavablandırıldığını, hansı mövzuların sadə, hansı mövzuların mürəkkəb olduğunu analiz edəcək, zəif cavablandırılan və ya cavab verməkdən imtina edilən test tapşırıqları ilə bağlı mövzuları daha dərindən öyrənməyə çalışacaqlar. TQDK-nın apardığı elmi-metodiki təhlillər valideynlərin də maraqları ilə üst-üstə düşdüyündən vəsait onlar üçün də əhəmiyyətli olacaqdır. Əksər ailələrdə bir neçə uşağın təhsil aldığını nəzərə alsaq, valideynlər bu kitablardan istifadə etməklə öz övladlarının təhsilinə, dərslərə hazırlığına nəzarət etmək imkanına malik olacaqlar.

Nəhayət, burada 1992-ci ildən 2012-ci ilə kimi qəbul imtahanlarında bütün fənlər üzrə istifadə olunmuş test tapşırıqlarının toplusu verilib. Bu illər ərzində tərtib və təklif edilən test tapşırıqlarının təkcə sayı deyil, həm də elmi-metodiki səviyyəsi, tematik və tipoloji rəngarəngliyi yüksəlib, onlar çoxseçimli test tapşırıqlarından açıq tipli test tapşırıqlarına doğru yeniləşmə və zənginləşmə yolu keçib. Bu keyfiyyətlərinə görə təqdim olunan test tapşırıqları topluları yuxarı sinif şagirdləri və abituriyentlərə öz biliklərini yoxlamağa, testlərlə işləmək vərdişlərinə yiyələnməyə, test tapşırıqlarının müxtəlif variant və modelləri ilə tanış olmağa, bütövlükdə proqram materiallarını daha dərindən mənim¬səməyə yaxından kömək edəcək. Müəllimlər isə açıq test bankı kimi təqdim olunan bu toplulardan təlim prosesində proqram material¬larının mənimsənilmə səviyyəsinin yoxlanılması, şagirdlərin keçilən mövzular üzrə biliklərinin möhkəmləndirilməsi, eləcə də onlarda testlərlə işləmək vərdişlərinin formalaşdırılması üçün istifadə edəcəklər.
# 2761

Oxşar yazılar

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

5 may 2024 , 09:28
Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

5 may 2024 , 08:07
Bu gün 21-ci əsrin ən güclü meteor yağışı  olacaq – hamı görə biləcək

Bu gün 21-ci əsrin ən güclü meteor yağışı olacaq – hamı görə biləcək

5 may 2024 , 00:15
Cavanşir körpüsündə REAL TƏHLÜKƏ:   sökülə bilər

Cavanşir körpüsündə REAL TƏHLÜKƏ: sökülə bilər

4 may 2024 , 23:00
Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10