RTV 5 yaşını qeyd edir
Bu gün “Regional” televiziyanın yaranmasında 5 il ötür. RTV 2007-ci il noyabrın 15-də fəaliyyətə başlayıb. Azərbaycanın şimal regionunu əhatə edən televiziya Xaçmaz rayonundan yayımlanır. Analoq yayımı Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonları və H. Z. Tağıyev qəsəbəsini əhatə edir. Televiziya 2011-ci ildən etibarən www.regionaltv.az saytında canlı yayımlanır. RTV-də həftəlik yayım həcmi 126 saatdır. Yayımın 70%-i televiziyanın öz istehsalı olan proqramlar, 30% -i isə ödəniş əsasında, müəlliflik hüququ ilə əldə olunan film, konsert və müxtəlif proqramlardır. Bu gün “Regional” Televiziyanın efirində öz istehsalı olan müxtəlif səpkili 22 veriliş yayımlanır. Kanal hər səhər saat 07-30 da efirə “Gün başladı” verilişi ilə start verir. Efir müddəti 3 saat olan bu veriliş regional televiziyaçılıq tarixində ilk peşəkar səhər proqramıdır. Televiziya 2007-ci və 2009-cu illərdə ilin region televiziyası seçilib.
Gün ərzində 4 dəfə canlı yayımlanan “Xəbər Vaxtı” informasiya buraxılışı “yerli xəbərləri dolğun və operativ işıqlandırdığına, aktual problemləri diqqətdə saxladığına” görə, “Media Açarı 2010” mükafatına layiq görülüb.
Lent.az-ın kollektivi olaraq RTV-də çalışan həmkarlarımızı təbrik edir, yeni uğurlar arzulayırıq.

Oxşar yazılar

Yolunuz açıq olsun: Bu BÜRCLƏR üçün dəyişikliklər vaxtı çatdı
16 iyul 2025 , 18:42
Maşında tibbi çanta yoxdursa, cəriməsi var? - CAVAB
16 iyul 2025 , 18:13
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
16 iyul 2025 , 17:59
"Sea Breeze" yolunda YENİ QAYDALAR
16 iyul 2025 , 16:10
Dünyanın ən bahalı pendiri: 36 min avroya satıldı
16 iyul 2025 , 16:03Həftə sonu 41 dərəcə isti olacaq
16 iyul 2025 , 15:58
Sabah da çimərlik havası olacaq - PROQNOZ
16 iyul 2025 , 14:21