Abel Məhərrəmov BDU-ya mane olan səbəbləri açıqladı
13 noyabr 2012 16:58 (UTC +04:00)

Abel Məhərrəmov BDU-ya mane olan səbəbləri açıqladı

Müasir standartlara cavab verən yataqxananın olmaması Bakı Dövlət Universitetinin dünya universitetləri sırasında daha yüksək reytinqə malik olmasına mane olur.

Lent.az-ın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında BDU-nun rektoru Abel Məhərrəmov söyləyib.

Hazırda BDU-nun dünyadakı 150 min universitet sırasında ilk minliyə daxil olduğunu, 602-ci yerdə qərarlaşdığını söyləyən Abel Məhərrəmov qeyd edib ki, məhz müasir tələblərə cavab verməyən yataqxana kompleksinin olmaması səbəbindən BDU-da oxumaq istəyən xarici tələbələrin sayı da ciddi surətdə artmır: “Hər il BDU-da oxumaq üçün bizə Amerika, Avropa, Afrika və Asiya ölkələrindən 20 minə qədər tələbə müraciət edir, biz onların rəsmi statistikasını aparırıq. Ancaq sonradan onların 80 faizi bizə bildirir ki, yataqxana olmadığı üçün gəlməyəcəklər. Hazırda BDU-da 1600-ə qədər müxtəlif xarici ölkələrin tələbələri təhsil alır. Müasir yataqxanamız olan zaman bu rəqəm dəfələrlə artacaq. Xarici tələbələrin çoxluğu universitetin reytinqi müəyyənləşdirilərkən bir amil kimi nəzərə alınır”.
# 1646

Oxşar yazılar

Zaqatalaya dolu yağdı  - FAKTİKİ HAVA

Zaqatalaya dolu yağdı - FAKTİKİ HAVA

21 may 2024 , 16:35
Mayın 5-də keçirilən imtahanın NƏTİCƏLƏRİ

Mayın 5-də keçirilən imtahanın NƏTİCƏLƏRİ

21 may 2024 , 16:33
Hindistanda  anomal   istilər - FOTOLENT

Hindistanda anomal istilər - FOTOLENT

21 may 2024 , 16:11
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul etdi

Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul etdi

21 may 2024 , 16:02
Leysan və qar yağacaq, çaylar daşacaq - XƏBƏRDARLIQ

Leysan və qar yağacaq, çaylar daşacaq - XƏBƏRDARLIQ

21 may 2024 , 15:46
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 may 2024 , 15:38
Azərbaycanda məktəb direktoru işdən QOVULDU

Azərbaycanda məktəb direktoru işdən QOVULDU

21 may 2024 , 15:09
Qədim dünyada qadınlar  - Rezonanslı ARAŞDIRMA

Qədim dünyada qadınlar - Rezonanslı ARAŞDIRMA

21 may 2024 , 14:32