İqbal Ağazadə və Rauf Arifoğlu yenə eyni dairədən namizəd olacaq? - CAVAB
21 may 2024 15:27 (UTC +04:00)

İqbal Ağazadə və Rauf Arifoğlu yenə eyni dairədən namizəd olacaq? - CAVAB

Hələ rəsmi qərar verilməsə də, bu il Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Artıq bəzi tanınmış siyasətçilər və millət vəkilləri sosial şəbəkə hesablarında açıq-aşkar şəkildə seçkilərdə iştirak edəcəklərini açıqlayıblar. Ekspertlərin əksəriyyəti isə Milli Məclisin tərkibinin əsaslı şəkildə dəyişəcəyini düşünür.

Seçkilərin olacağı təqdirdə insanların diqqətini çəkən məqamlardan biri isə 35 saylı Xətai 3-cü seçki dairəsidir. 

2020-ci ilin fevralında keçirilən seçkilərdə bu dairədə əsas mübarizə “Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu və Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə arasında yaşanmışdı. 

Maraqlıdır, görəsən, Rauf Arifoğlu və İqbal Ağazadə növbəti seçkilərdə iştirak edəcəklərmi?

Lent.az-ın əməkdaşı hər iki keçmiş deputatlığa namizədlə əlaqə saxlayıb. 

Ümid Partiyasının sədri İqbal Ağazadə Lent.az-a açıqlamasında parlament seçkilərində namizəd olacağını açıqlayıb:

“2024-cü il seçkilərində iştirak etməyi düşünürəm. Əvvəlki illərdə hansı seçki dairəsindən qatılmışamsa, növbəti seçkilərdə də həmin seçki dairəsindən qatılacam. Sadəcə olaraq Xətai rayon 35 saylı seçki dairəsi dəyişdirilərək 36 saylı Xətai-Suraxanı seçki dairəsi olub. Bu səbəbdən 36 saylı Xətai-Suraxanı seçki dairəsindən namizədliyimi irəli sürəcəm. Ümid Partiyası bütün seçkilərdə iştirak edir. Artıq namizədlər də müəyyənləşib. Seçkilərlə bağlı partiyada hazırlıqlar gedir”.

 “Yeni Müsavat” Media Qrupunun təsisçisi Rauf Arifoğlu saytımıza açıqlamasında növbəti parlament seçkilərində iştirak edəcəyini bildirib:

“Əlbəttə, növbəti parlament seçkilərində iştirak etmək istəyirəm. Hələ parlament seçkilərinin keçirilməsi ilə bağlı rəsmi qərar yoxdur. Bu səbəbdən hansı seçki dairəsindən qatılacağımı rəsmi qərar verildikdən sonra açıqlayacağam”.

Qeyd edək ki, Rauf Arifoğlu digər saytlara açıqlamasında Tovuz rayonundan namizədliyini irəli sürəcəyini deyib. 

Xatırladaq ki, 2020-ci ilin fevralında keçirilən seçkilərdə bu dairədə əsas mübarizə “Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu və Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə arasında yaşanmışdı. Həmin dairənin nəticələri qalib elan olunmadan ləğv edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4746
avatar

Arzu Qurbanlı

Oxşar yazılar