Hindistanlıları ABŞ-a aparmaq adı ilə  aldadan pakistanlı Bakıda tutuldu - VİDEO
21 may 2024 14:50 (UTC +04:00)

Hindistanlıları ABŞ-a aparmaq adı ilə aldadan pakistanlı Bakıda tutuldu - VİDEO

Bakı şəhərində polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbir nəticəsində Azərbaycan Respublikasının ərazisinə gəlmiş 3 Hindistan vətəndaşına qarşı dələduzluq etməkdə şübhəli bilinən Pakistan vətəndaşı 31 yaşlı Shahid Kamran Ali saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, guya zərərçəkənlərə Amerika Birləşmiş Ştatlarına getməkdə köməklik edəcəyi vədini verərək onların maddi vəsaitini ələ keçirib.

Shahid Kamran Alinin törətdiyi qanunazidd əməllər barəsində araşdırmalar davam etdirilir.

Onun hərəkətlərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1986
avatar

Oxşar yazılar