Bakıda qara maskalılar  saxlanıldı
26 iyun 2024 13:10 (UTC +04:00)

Bakıda qara maskalılar saxlanıldı

Bakıda qara maska taxaraq quldurluq edənlər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyunun 23-ü gecə saatlarında Buzovna qəsəbəsində bir evin həyətinə girən 2 maskalı şəxs ev sahibinə kəsici alətlə xəsarət yetirərək onun mobil telefonunu aparıblar. 

Daxil olan məlumatla əlaqədar Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Ruslan Hüseynli və 1984-cü il təvəllüdlü Cahid Əkbərov müəyyən olunaraq saxlanılıblar. 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2091
avatar

Oxşar yazılar