Azərbaycanda küləklə bağlı NARINCI XƏBƏRDARLIQ
28 iyun 2024 16:37 (UTC +04:00)

Azərbaycanda küləklə bağlı NARINCI XƏBƏRDARLIQ

İyunun 29-dan iyulun 1-i axşamadək bölgələrdə gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq verilib.

Qurumdan Lent.az-a verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq Ağstafa, Şəmkir, Tovuz, Samux, Bərdə, Tərtər, Göygöl, Ağdam, Ağcabədi, Balakən, Zaqatala, Şəki, Qax, Naxçıvan MR-da şərq küləyi əsəcək və küləyin sürəti  13.9-20.7 m/san təşkil edəcək.

Narıncı xəbərdarlığa əsasən Naftalan, Goranboy, Gəncə, Yevlax,  Mingəçevir, Daşkəsən rayonlarında şərq küləyinin əsəcəyi və küləyin sürətinin  20.8-28.4 m/san  olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3285
avatar

Arzu Qurbanlı

Oxşar yazılar