"Əlvida, Co!"  – Amerika mediası Bayden-Tramp debatı  haqqında
28 iyun 2024 14:18 (UTC +04:00)

"Əlvida, Co!" – Amerika mediası Bayden-Tramp debatı haqqında

Seçki debatlarından sonra Bayden həm media, həm də Demokrat Partiyası tərəfindən əhəmiyyətli tənqidlərlə üzləşib.

ABŞ-ın hazırkı prezidenti Co Bayden və onun sələfi Donald Tramp arasında CNN-də yayımlanan son televiziya debatında Bayden həm media, həm də öz partiyası daxilində ciddi tənqidlərə məruz qalıb. 

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, CNN-in siyasi analitiki Con Kinq deyib ki, demokratlar Baydenin seçkilərdə sonrakı iştirakdan geri çəkilmə ehtimalını nəzərə alaraq onun fəaliyyəti ilə bağlı ciddi narahatlıq keçirirlər.

Kinqin sözlərinə görə, partiyada “dərin çaxnaşma” var və çoxları bundan sonra nə edəcəkləri ilə bağlı sual verirlər. Digər böyük nəşrlərin debata reaksiyası da çox mənfi olub.

“Wall Street Journal” Baydenin enerji və döyüş ruhunun olmadığını qeyd edib, Tramp isə diqqətəlayiq soyuqqanlılıq nümayiş etdirib. 

“New York Times” Baydenin performansını sarsıntılı və tərəddüdlü kimi xarakterizə edərək, onun Trampın hücumlarına aydın cavablar formalaşdırmaqda çətinlik çəkdiyini vurğulayıb.

“New York Post”, Baydenin performansını tənqid edərək, yazıb: "Bu, bir fəlakət idi Bayden və milyonlarla insan onun prezidentliyinin sona çatmasının canlı şahidi oldu”.

“USA Today” vurğulayıb ki, bir çox demokratlar Baydenin uğursuzluğundan şoka düşüblər və onun Demokratlar Partiyasından başqa birisinin xeyrinə namizədliyindən imtina etməsinin zəruriliyini müzakirə edirlər.

“Washington Post”, Baydenin mart ayındaki əhval-ruhiyyəli çıxışını son debatla müqayisə edərək, performansındakı əhəmiyyətli fərqlərə diqqət çəkib və Trampı əsəbləşdirmək cəhdlərinin az təsir etdiyini qeyd edib.

Rəylər Baydenin qarşıdan gələn seçkilər ərəfəsində qarşılaşdığı mühüm çətinlikləri vurğulayır və onun partiyası daxilində və seçicilər arasında dəstəyi saxlamaq qabiliyyətinə şübhə ilə yanaşılır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2901
avatar

Oxşar yazılar