Ulduz müğənni ilk dəfə sevgilisi ilə səhnəyə  çıxdı
25 iyun 2024 21:08 (UTC +04:00)

Ulduz müğənni ilk dəfə sevgilisi ilə səhnəyə çıxdı

Dünya şöhrətli müğənni Teylor Sviftin sevgilisi Trevis Kelsi ilk dəfə onunla səhnəyə çıxıb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 34 yaşlı idmançı müğənnini qucağında səhnəyə gətirib. Klassik  frak və şlyapa geyinmiş Kelsi bir neçə rəqs elementi nümayiş etdirib. Teylor isə sevgilisinin  bəylik kostyumunu tamamlayan gəlinliyə bənzər ağ libasda səhnəyə çıxıb.

İzləyicilər bu görüntünü müğənninin toya hazırlaşmaq mesajı kimi qiymətləndiriblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4059
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar