Sevgilinizin sizdən uzaqlaşdığını göstərən 6 ƏLAMƏT
27 avqust 2025 12:29 (UTC +04:00)

Sevgilinizin sizdən uzaqlaşdığını göstərən 6 ƏLAMƏT

Əlaqənizdə hər şey qaydasında görünə bilər, amma kiçik işarələr partnyorunuzun sizdən yavaş-yavaş uzaqlaşdığını pıçıldaya bilər. Bəzən sevgi göstərirmiş kimi davransa da, davranışlarındakı dəyişikliklər qəlbinin artıq əvvəlki kimi yanınızda olmadığını ortaya çıxarır.

Lent.az sevgilinizin sizdən uzaqlaşdığını göstərən 6 əlaməti təqdim edir:

1. Sizinlə vaxt keçirməməyə başlayır

Sevgi dolu bir insan üçün sizinlə vaxt keçirmək prioritetdir. Amma birdən-birə daim məşğul olduğunu deyirsə, “Tezliklə görüşərik” kimi sözlərlə sizi gözlədirirsə, bu, əslində uzaqlaşdığının göstəricisi ola bilər. Belə bir vəziyyəti hiss etdikdə, duyğuları barədə açıq danışmaqdan çəkinməyin. Çünki həqiqətən sevən biri, qar yağsa belə, sizi görmək üçün yol gələr.

2. Ortaq gələcəyinizi ön plana çıxarmır

Tətillər, gəzintilər və ya gələcək planları artıq müzakirə olunmursa, bu, marağının azaldığına işarədir. Planlardan yayınmaq, gələcəyinizi ciddi qəbul etmədiyini göstərir. Bu halda, hisslərinizi incə, amma açıq şəkildə ifadə etmək vacibdir.

3. Əlçatmaz olur

Zəngləri gec açmaq, mesajlara gec cavab vermək, zamanla daha az əlçatan olmaq... Bunlar təbii şəkildə münasibətin sonuna doğru gedən siqnallardır. Belə bir hal varsa, dürüst olun və partnyorunuzla hissləri barədə danışın.

4. Kiçik şeylərə əsəbiləşir

Əhəmiyyətsiz mövzularda tez-tez mübahisə yaratmağa başlaması onun marağının azaldığını göstərə bilər. Həqiqətən sevən biri kiçik detallara ilişməz. Əgər partnyorunuzun tənqidləri artıbsa, bunu diqqətlə müşahidə edin.

5. Müdafiəyə keçir

Duyğularınızı dilə gətirdiyiniz an dərhal özünü müdafiə edirsə, bu, artıq açıq ünsiyyət qurmaq istəmədiyinin göstəricisidir. Əgər partnyorunuz davranışlarının fərqində olsa da, dəyişməyə qapalıdırsa, bu münasibətin gedişatını sorğulamağın vaxtı gəlib.

6. Emosional olaraq uzaqlaşır

Yanınızda olsa da, sanki milyonlarla kilometr uzaqdadırmış kimi bir məsafə hiss etdirir... Telefon danışıqları qısa və məcburi, planlar isə “bəlkə”lərlə doludursa, artıq münasibətin emosional bağını itirdiyini söyləmək olar. Unutmayın: məsafə, məsafə doğurur və ünsiyyət demək olar ki, tamamilə yox olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 340

Oxşar yazılar