Ağdamda DƏHŞƏT:  ata 2 yaşlı uşağını ölümcül döydü - YENİLƏNİB
27 avqust 2025 17:47 (UTC +04:00)

Ağdamda DƏHŞƏT: ata 2 yaşlı uşağını ölümcül döydü - YENİLƏNİB

Ağdamda atası tərəfindən döyüldüyü iddia edilən iki yaşlı körpə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, körpə bir müddət əvvəl də valideynləri tərəfindən ağır işgəncələrə məruz qalıb.

Belə ki, əqli qüsurlu olduğu deyilən hər iki valideyn körpənin bədəninin bir neçə hissəsini dişləyərək xəsarət yetiriblər.

Uşaq maülicə olunduqdan sonra körpələr evində himayəyə götürülüb, lakin sonradan valideynlərinə qaytarılıb.

***

saat 17:27

Ağdamda azyaşlı ağır xəsarət alıb.

Lent.az xəbər verir ki, rayonunun Xındırıstan kənd sakini 2023-cü il təvəllüdlü Rəhimov Vəli (ad şərti) ağır travmalarla Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Hazırda ölümcül halda olan körpənin valideyni tərəfindən döyüldüyü deyilir.

Əməli törətməkdə şübhəli bilinən, azyaşlının atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 584

Oxşar yazılar