İki il əvvəl itkin düşən qız  tapıldı: qətldə ittiham olunur
27 avqust 2025 19:59 (UTC +04:00)

İki il əvvəl itkin düşən qız tapıldı: qətldə ittiham olunur

Onu sonuncu dəfə 2023-cü ilin iyununda, 16 yaşı olanda görüblər.

Florida ştatının Tampa şəhərinin 18 yaşlı sakini Qreysi Elizabet Pey Landa iki ildən çoxdur ki, yoxa çıxıb. Onu sonuncu dəfə 2023-cü ilin iyununda, 16 yaşında görüblər. O vaxtdan bəri onun harada olmasından xəbər yox idi.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu həftə Landa tapılıb - lakin heç kimin gözləmədiyi şəraitdə. Həbs edildikdən sonra o, ABŞ-da itkin düşmüş uşaqlar reyestrindən çıxarılıb. O, Şimali Karolina ştatının Durhem şəhərində ölümcül atışmada iştirakda ittiham olunur.

Atışma gecəsi nə baş verib?

2023-cü il mayın 30-da 23 yaşlı Kristofer Faydsernta-Peres və iki qadın Durhem şəhər parkının yaxınlığında Honda Accord avtomobilində pusquya düşüblər.

Meşədən çıxan iki, yaxud üç şübhəli avtomobilə atəş açıb. Faidsernta-Peres başından güllə yarası alıb. Onunla avtomobildə olan qadınlar yaralanıb.

Hadisə yerindən azı 40 mərmi gilizləri tapılıb. Onların arasında 9 millimetrlik güllə və .223 tüfəng gülləsi də olub. İki şübhəlinin piyada qaçmadan əvvəl avtomobilə atəş açması təhlükəsizlik kameralarına düşüb.

Məhkəmə sənədlərinə görə, atışma yeniyetmələr arasında uzun müddətdir davam edən mübahisə nəticəsində baş verib. Münaqişə “hesablaşma” planları ilə bağlı olub.

Kristoferin anası oğlunun "doğru zamanda yanlış yerdə olduğunu" iddia edir. O, sevgilisi ilə yemək çatdırmaqdan qayıdırmış.

İtkin qızın rolu nədir?

Polis hələ ki Landanın hadisə ilə necə əlaqəsi olduğunu açıqlamayıb. Onun atəş açanlardan biri olub-olmadığı məlum deyil. Həbs qərarında onun maşında olub-olmadığı, yoxsa hücum edənlər qrupunun bir hissəsi olduğu göstərilmir.

İstintaq davam edir

Yerli medianın məlumatına görə, Landa Durhem Dairə  Məhkəməsinə aparılıb. O, zaminə buraxılmadan həbs edilib. Onun növbəti məhkəmə iclası sentyabrın 11-nə təyin edilib.

Kristoferin ailəsi faciəyə görə kədərlənir. Onun anası Ameliya Perez göz yaşları içində bunları deyib: "Bəzi insanlar meşədən çıxıb atəş açmağa başlayıblar. İnanıram ki, cəzalandırılacaqlar. Oğlum problem axtarmırdı. Sadəcə, doğru zamanda yanlış yerdə idi".

Kristoferin ailəsi onu mehriban, çalışqan və məsuliyyətli bir gənc kimi təsvir edir. Dörd nəfərdən ibarət ailənin böyük qardaşı idi. Onun xatirəsinə ianə toplama kampaniyasında deyilirdi: "Kristofer oğuldan, qardaşdan və ya dostdan daha çox idi. O, həyatımızın işığı idi".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 414

Oxşar yazılar